Məcburi köçkün prezidentdən kömək istəyir

  • By admin
  • 02 İyun 2016 16:08

kochk

Xocalı rayonundan olan məcburi köçkün İlham Türbəndiyev  prezident İlham Əliyevə müraciət edib. Müraciətinin bir sürətini gununsesi.info-ya yollayan şikayətçi  sosial durumundan və  üzləşdiyi qanunsuzluqdan  narazılıq edib.

Məcburi köçkün yazısında 2 ci qrup Qarabağ əlili olduğunu qeyd edir: “Bərdə rayonuda 588 saylı köçkün şəhərciyində məskunlaşmışıq. Ailə vəziyyətim ağırdır. Üç övladım var, onların da ikisi əlildir. Aldığımız təqaüd ailəmizin nəinki dolanışığına hətta dərmanlarına belə çatmır”. Maddi durumu çox ağır olan vətəndaş dəfələrlə bir sıra orqanlara və aidiyyatı şəxslərə müraciət etsə də, bir nəticənin hasil olmadığını yazır: “Ölkə başçısından xahiş edirəm ki, ailəmi dolandırmaq üçün ölkə prezidenti mənə 25-30 kvadrat metrlik torpaq sahəsi ayrılmasına göstəriş versin. Həmin yerdə kiçik də olsa bir ictimai-iaşə obyekti tikib, ailəmi saxlayım”.