Nəzakət Zeynallı: “7 min  manat təyinatı üzrə xərclənmədi”

  • By admin
  • 02 İyun 2016 15:42

 

QHT DOVLET DESTEYI SHURASI

 

Nəzakət Zeynallı: “QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı 7 min  manat təyinatı üzrə xərclənmədi”

 

“Prezident yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinə “Xüsusi Qayğıya ehtiyacı olan uşaq və gənclərin at terapiyası vasitəsilə reabilitasiyası və asudə vaxtının təşkili” layihəsinə ayırdığı 7000 AzN vəsait təyinatı üzrə xərclənmədi”.

 

Nazakat Zeynalli

Bu haqda Gununsesi.info-ya layihənin rəhbəri, tanınmış jurnalist və ictimai xadim Nəzakət Zeynallı məlumat verib. Onun sözlərinə görə, “Xüsusi Qayğıya ehtiyacı olan uşaq və gənclərin at terapiyası vasitəsilə reabilitasiyası və asudə vaxtının təşkili” layihəsi 2016-cı il mayın 7-dən start götürüb: “ Mayın 10-dan etibarən layihə rəsmi olaraq fəaliyyətə başlasa da, işə könül qoymuş insanlar daha çox uşaq və gəncin faydalanması üçün təlimlərə erkən başladılar. Layihəyə uyğun olaraq, yaradılan “Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzi” müxtəlif diaqnozlu uşaqların dünyada çox geniş yayılmış hipoterapiya üsulu ilə pulsuz müalicə və reabilitasiyası ilə məşğuldur. Adını Qarabağ atlarının dünyaca məhşur Qızılı rəngindən götürən mərkəzə, Bakıdakı müxtəlif ali məktəblərin 100-dən artıq tələbəsi könüllü olaraq qoşulub. Layihəyə xarici səfirliklərin diplomatları, AIESEC təşkilatı, ailələr və uşaq inkişaf mərkəzləri də böyük maraq göstərir”. N. Zeynallı bildirir ki, layihənin budcəsi “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin hesabına yatırıldığı halda, QHT-nin sədri, eyni zamanda “Bakı Autizm İdman və Yaşam Klubu”nun rəhbəri Elnur Məmmədov layihə üçün ayrılan vəsaiti qeyri-məlum səbəblərdən təyinatı üzrə xərcləmək istəməyib: “Ümumiyyətlə, layihə rəsmən başlandığı mayın 10-dan etibarən layihənin büdcəsində göstərilən təlimat materialları, könüllülər üçün köynəklər, çay-kofe, sitə və s. xərclərin icrası həyata keçirilməyib. Dəfələrlə layihəyə ayrılan vəsaitin çatdırılması barədə xəbərdarlıq almasına baxmayaraq, hər dəfə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə söz verən Elnur Məmmədovun hansı səbəblərdən pulun təyinatı üzrə xərclənməsində maraqlı olmamamsının səbəbləri bizə məlum deyil. Maraqlıdır ki, Elnur Məmmədov layihə rəhbəri olaraq, mənə deyir ki, bu layihə təsdiqlənməsi üçün “Prezident yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasında rəhbərliyə onun özü tərəfindən tapşırıldığı üçün vəsait ayrılıb. E.Məmmədov məsələnin ictimailəşdiriləcəyi barədə xəbərdarlıq aldıqdan sonra layihədəki vəsaitin geri qaytarıldığını elan etsə də, dəfələrlə ona ünvanlanan “Dövlətin etimad edib ayırdığı və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün nəzərdə tutulan vəsaitin təyinatı üzrə xərclənməsi nə üçün ləngidi?”, “ Nə üçün E.Məmmədov məsələnin ictimailəşdiriləcəyi barədə xəbərdarlıq aldıqdan sonra layihədəki vəsaitin geri qaytarıldığını elan etdi? Bu xəbərdarlıqdan əvvəl 7000 min manatlıq büdcə barədə hansı planları qurmuşdu? Nə üçün bu şəxs layihənin icra planını, mühasibini dəyişməkdə israrlı idi?” suallarına cavab verməkdən imtina edir. Əlbəttə, bu məslədə söz haqqı olan tərəf kimi E. Məmmədovun bu sualları necə cavablandıracağı hamımıza maraqlı olmalıdır”-, deyə o bildirib.

Gülnaz Qənbərli

 

nexzaket

 

oglan