
Yazıb sizə bildirmək istəyirəm ki, mən ailəmlə birlikdə Kəlbəcər rayonunun Mərcimək kəndindən məcburi köçkün düşmüşəm. Üç ildir ki, İmişli rayonunun Ağamalı kəındində məskunlaşmışıq. Oğlum Seymur Balazadənin “Toyota Hilux” 10 XV 810 dövlət nömrə nişanlı avtomobili var. 23.07.2018-ci ildə o, yaşadığımız Ağamalılar kəndinin girişində həmin kəndin sakini Qambayov Rəsul Humay oğlunun idarə etdiyi 30 BJ 548 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində oğlumun avtomobilinə 6.660 (altı min altı yüz altmış) manat ziyan dəymişdir. Hadisə yerinə İmişli rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, qəza yerinin fotosunu və avtomobillərin qəzadan sonrakı vəziyyətinin şəkillərini çəkmiş, protokol tərtib etmişdirlər. Daha sonra oğlum Seymurun və Rəsulun izahatları alınmışdır. Aparılmış ilkin araşdırma nəticəsində müəyyən edilmişdir ki, hadisə Qambayov Rəsul Humay oğlunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozması nəticəsində baş vermisdir. Rəsul Qambayov 26.07.2018-ci il tarixdə İmişli rayon Ağamalılar kəndinin icra nümayəndəsinin öz möhürü ilə təsdiq etdiyi və şahidlərin iştirakı ilə tərtib edilmiş Akta imza etmiş, oğlumun avtomobilini tam təmir etməyi öz üzərinə götürmüşdür. Ancaq o, hadisədən bir müddət sonra bu sözündən qaçaraq, avtomobi təmir etməkdən imtina etmişdir. Bundan sonra bizim şikayətimiz əsasında İmişli rayon Polis Şöbəsində araşdırma başlanmış, araşdırmanın aparılması İmişli rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Əliyev Elsəvər Orucəli oğluna tapşırılmışdır (əlaqə telefonu 051 688 66 66). Elə bütün problemlər də bundan sonra başlamışdır. Elsevər Əliyev qəza hadisəsini birtərəfli istiqamətdə “araşdırmış”, Rasul Qambayovun tərəfini tutumuş, onunla şübhəli, korrusiya əlaqəsinə girərək, qərəzli şəkildə hadisənin oğlumun günahı üzündən baş verməsi qənaətinə gəlmiş, 25 oktyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Biz həmin qərarla barışmayaraq, ondan İmişli rayon prokurorunun müavini Axundov Famil Eldar oğluna şikayət etmişik. Prokuror müavininin qərarı ilə Elsevər Ağayevin həmin qərarı ləğv edilmiş və iş yenidən araşdırılmaq üçün rayon polis şöbəsinə qaytarılmışdır. Ancaq Elsevər Ağayev yeni heç bir araşdırma aparmayaraq, bu dəfə də Rəsul Qambayevin tərəfini tutmuş, qəzanın oğlumun günahı üzündən baş verdiyi barədə birinci qərarını təkrar etmişdir. O, yeni qərarı barədə bizə sözlə məlumat vermis, ancaq qəbul etdiyi qərarın surətini verməmişdir. Qərarın surəti verilməsə də, ondan yenə də İmişli rayon prokurorunun müavininə şikayət etmiş, Famil Axundovla görüşüb, şikayətimizi şihafi şəkildə çatdırmışıq. Prokuror müavini polis şöbəsindən materiallar ona göndərildikdən sonar qanuni qərar qəbul edəcəyini bildirmişdir. Artıq üstündən xeyli vaxt keçməsinə baxmayaraq, Elsəvər Ağayev iş üzrə materialları rayon prokurorluğuna göndərməkdən imtina etmiş və bugünə qədər də göndərməmişdir. Ona həm şihafi, həm də yazılı qaydada müraciət edərək, toplanmış materialların surətlərini istəmiş, eyni zamanda, qəbul etdiyi ikinci qərarı və materialları rayon prokurorluğuna göndərməyi xahiş etmişik. Ancaq, o bu xahişləri görməzdən gəlmişdir. Elsevər Ağayevlə görüşüb, hansı səbəbdən bu cür kobud qanun pozuntularına yol verdiyinin səbəbini soruşduqda, o, “əcəb edirəm, əlin hara çatır, ora da şikayət elə, heç kim mənə heç nə eləyə bilməz” deyə bizə cavab vermiş, vəzifəsinə və polis etikasına yaraşmayan şəkildə davranmış, bizə qarşı kobudluq etmişdir.
Hörmətli Nazir!
Sizdən xahiş edirəm ki, İmişli rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Əliyev Elsəvər Orucəli oğlunun qanunazidd və korrupsiya əməlləri barədə və oğlumun avtomobilinə dəymiş ziyanın ödənilməsi istiqamətində qanuni göstəriş verəsiniz.
Hörmətlə: Balayev Qüvəd Göygöz oğlu
Telefon: 055 811 70 08












