Mədən sularının orqanizmə faydası – Gündə 1 stəkan içdikdə…

  • By admin
  • 17 Dekabr 2019 13:53

Mədən (mineral) sularının orqanizmə bir çox faydası var. Lakin bu suyu miqdarından artıq içilmək də zərərli ola bilər.

Türkiyəli dietoloqun fikrinə görə, bu suların tərkibində yüksək miqdarda duz olduğu üçün təzyiqi yüksək olanlar, böyrək xəstələri və hamilə qadınlara çox içmək olmaz.

Gununsesi.org medicina.az-a istinadən mədən sularını faydalarını təqdim edir.

•Həzmə kömək edir

Xüsusilə ağır yeməkdən sonra mineral sular, tərkibindəki sulfat tərkibi sayəsində mədəaltı vəzidən amilaz ifrazını artıraraq həzmə kömək edir.

• Dərini gözəlləşdirir

Zəngin mineral tərkibi olan bu sular dəri sağlamlığını qorumağa kömək edir. Dərini nəmləndirir və qırışların qarşısını alır.

•Revmatizmə qarşıdır

Mineral su revmatizm və artrit ilə əlaqəli iltihabı azaltmağa kömək edir.

•Böyrəkləri qoruyur

İçərisindəki bikarbonat, xlorid, kalium və natrium elektrolitləri susuzlaşmasının qarşısını alır. Bundan əlavə kalsium oksalat konsentrasiyası böyrək daşlarının riskini azaldır.

•Əzələlər üçün faydalıdır

Xüsusilə, idmanla məşğul olanlarda idmandan öncə və sonrakı maye və elektrotil itirilməsinə qarşı faydalıdır. Maqnezium tərkibilə əzələ zədələrinin qarşısını alır.

•Yüksək təzyiqlə mübarizə aparır

Mineral su, zəngin maqnezium tərkibi sayəsində yüksək təzyiqin tənzimlənməsinə kömək edir. Tədqiqata əsasən, qan təzyiqi yüksək olan xəstə gündə 1 stəkan mineral su içib və təzyiqi normal səviyyəyə düşüb.

•Şirniyyat və şəkərli qidalar istəməyin qarşısını alır

Bu sular tərkibindəki maqnezium sayəsində insulin hormonunun dayanıqlılığını artırır və qan şəkərini normaya salır.

Gununsesi.org