
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fransada mədəsində 79 min avro gizlədən şəxs saxlanılıb.
İsveçrədən Fransaya keçən Nigeriya əsilli şəxs polis iti tərəfindən şübhəli insan kimi təsbit edilməsi nəticəsində ələ keçib.
Paltarların içərisində 13 min İsveçrə frankı gizlədən şübhəli daha sonra rentgendən keçirilib. Məlum olub ki, nigeriyalı mədəsində prezervativ içərisində 200 və 500 avroluq əskinaslar saxlayır.
Həmin şəxs qaçaqmal və narkotik qaçaqçılığı səbəbindən həbs olunub.
Gununsesi.info












