Mədinəni partlatdılar

  • By admin
  • 05 İyul 2016 00:25

 

medine

Səudiyyə Ərəbistanının iki böyük şəhərində eyni anda partlayışlar baş verib.Partlayış Mədinə şəhərində şəhər məhkəməsi və məscidin arasında yerləşən avtomobil dayanacağında baş verib. Hadisədən sonra dayanacaqda yanğın başlayıb. Partlayış məscidə Məğrib namazı vaxtı törədilib.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıblar. Mədinədə baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib.

Ölənlərdən ikisinin dinc sakin olduğu iddia edilir. 10 nəfərin isə yaralandığı bildirilir.

med1

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül Nəbi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsini baş verib. Kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.