Məhəllələr canlandırılacaq: Bu evlər 1 dollara satılacaq

  • By admin
  • 21 Mart 2024 16:44

ABŞ-ın Merilend ştatının ən sıx məskunlaşdığı Baltimorun bəzi məhəllələrində tərk edilmiş  evlər şəhər sakinlərinə hər biri 1 dollardan başlayan qiymətlərlə satılacaq.

Gununsesi.info xəbər verir ki, bu qiymət tətbiqinin məqsədi problemli məhəllələrin canlandırılması kimi izah edilir.

Merilend ştatında yüksək cinayət nisbətləri bəzi məhəllələrdə boş evlərin çoxalmasına səbəb olsa da, Baltimorda təxminən 15 min tərk edilmiş evin olduğu qeyd edilir.

Bu həftə təsdiq edilən 1 dollarlıq ev layihəsinə bələdiyyələrə məxsus təxminən 200 yaşayış evi daxildir. Mülklər evlərini təmir etməyi və orada yaşamağı öhdəsinə götürən Baltimor sakinlərinə satılacaq.

Proqramın məqsədi Baltimor sakinlərini ucuz mülklər almağa təşviq etmək olsa da, yerli xəbərlərə görə, qeyri-kommersiya təşkilatları da 3000 dollara boş evlər ala biləcəklər.

Şəhər tikinti krediti üçün əvvəlcədən təsdiqlənmiş insanlara 50,000 dollarlıq bərpa qrantı təklif edir.

Baltimor 1970-ci illərdə bənzər bir mənzil layihəsi həyata keçirdi, burada ev sahiblərinə bərpa vəd etsələr, tərk edilmiş mülkləri 1 dollara almaq şansı verilib.

 

Gununsesi.info