Məhəmməd Əlinin dostu Ərdoğandan üzr istədi - Pərdəarxası məqamlar (VİDEO)

  • By admin
  • 12 İyun 2016 00:51

erdoghan

 

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtmasının pərdəarxası məqamları ortaya çıxıb.

Admiral.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, əfsanəvi boksçunun adının müəlliflik hüququnu satın alan şirkət Ərdoğana qarşı hörmətsizlik edib.

Məhəmməd Əlinin dostu Ərdoğanın ABŞ-da qatıldığı iftar məclisinə gedərək baş verənlərə görə Türkiyə prezidentindən üzr istəyib.

Qeyd edək ki, Məhəmməd Əlinin dəfn mərasiminin təşkilatçıları Ərdoğana qarşı hörmətsizlik edib. Belə ki, Məhəmməd Əlinin məzarı üzərinə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə rədd cavabı verilib. Təşkilatçılar bunu özlərinin edəcəklərini deyərək, parçanı Ərdoğandan alıblar. Təşkilatçılar bundan savayı Ərdoğan və dini işlər naziri Mehmet Görmezin Qurani-Kərimi oxumaq istəyinə etiraz ediblər. Bu hala etiraz əlaməti olaraq Ərdoğan səfərini yarımçıq qoyaraq geri qayıdıb. Bu səbəbdən Ərdoğan Məhəmməd Əlinin dəfninə qatılmayıb.