Məhərrəm İncə prezident olarsa… - ÇİNGİZ QƏNİZADƏ: İKİ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏR DƏYİŞMƏYƏCƏK

  • By admin
  • 24 İyun 2018 13:40

Bu gün Türkiyədə prezident seçkiləri keçirilir. Bir çox müşahidəçilərin və rəy sorğularının nəticəsinə görə, CHP-nin namizədi olan Məhərrəm İncə seçkilərdə qalib ola bilər.

Bəs görəsən, müxalif liderin Azərbaycan hakimiyyətinə tənqidi münasibətini nəzərə alsaq, o zaman İncənin prezidentliyi dönəmində Azərbaycan – Türkiyə münasibətləri necə ola bilər? 

Millət vəkili Çingiz Qənizadə Gununsesi.info-nun bu sualını cavablandırıb. İki ölkənin qardaş dövlətlər olduğunu deyən millət vəkili hesab edir ki, kimliyindən asılı olmayaraq bu münasibətləri poza bilməz: “Hələ seçkinin nəticəsindən danışmaq tezdir. Amma bütün hallarda hesab edirəm ki, kim olursa -olsun, heç kəs Azərbaycan və Türrkiyə qardaşlığının arasına girməz. Buna cəhd olarsa isə məğlubiyyətə məhkumdur.  Bizim münasibətlər təmannasız, qardaşlıq münasibətləridir. Hesab edirəm ki, bu illər sonra da belə qalacaq”.

Elmar

Gununsesi.info