Məhərrəm İncə qurduğu komandanı və tempi qoruya bilsə, daha ciddi ugurlar qazanacaq - ANAR MƏMMƏDLİ

  • By admin
  • 25 İyun 2018 14:33

Tanınmış seçki eksperti Anar məmmədli Türkiyədə keçirilən son seçkiləri şərh edib.

Gununsesi.info-ya açıqlamasında Anar Məmmədli bildirib ki ,qanun pozuntuları ilə müşayiət olunan seçkinin qalibi olmur: “Kimsə özünü ali seçki orqanının rəsmi qərarından öncə qalib elan edirsə, bunun adı dövlət çevrilişi cəhdidir. Seçki qurumunun ilkin vəzifəsi etibarsız bülletenlərin sayını müəyyən edib, seçkinin baş tutub-tutmadığını və ilkin nəticələri elan etməkdir. Hazırkı şəraitdə Erdoğanın dəstəsi YSK və medianın işini iflic etməklə rəsmi nəticələrin açıqlanmasına imkan vermir.
Bu arada YSK-nın bəzi üzvlərinin istefa verməyə hazırlaşdığına dair qeyri-rəsmi məlumatlar yayır. Bu məlumatlar təsdiqlənsə, Türkiyədə ciddi siyasi qütbləşmə və vətəndaş qarşıdurması yaranacaq”.

Bununla belə Anar Məmmədli deyir ki, məsələ Mühərrəm İncədə deyil, məsələ onun vəd etdiyi ideyalarda idi: “Azadlıq, ədalət və barış. İncə qalib gəlsəydi bu ideyalar qonşu və qardaş Türkiyəni dəyişəcəkdi, bundan bizə də pay düşəcəkdi. 50 gün içində 15 milyon insanın ümidi oldu, bunu qorumaq və böyütmək üçün qarşısında böyük bir zaman var. Əgər qurduğu komandanı və tempi qoruya bilsə, daha ciddi ugurlar qazanacaq. Seçkinin elan olunmasından seçkiqabağı kampaniyayadək proses azad və ədalətli şəraitdə keçmədi. Seçki günü baş verən pozuntular, təhdid və silah səsləri Türkiyəyə yaraşmadı. Amma bu pozuntuları sənədləşdirib YSK və məhkəmə qarşısında mübahisələndirən də olmadı. Bu Türkiyə müxalifətinin ciddi çatışmazlığıdır.
AKP və CHP parlamentdə deputat yerləri itirdi. 2002-ci ildən sonra AKP parlamentdə koalisiya ortağı tapmağa məcbur olacaq.
CHP isə seçki öncəsi 4 partiyalı parlamenti 6 partiyalı parlamentə çevirdi. HDP və İyi partiya öz fraksiyaları ilə Səadət partiyasından 3 nəfər isə CHP-nin siyahısından parlamentdə təmsilçilik qazandı. Bu cür çoxpartiyalı parlament indi Erdoğanın “tək adam” rejiminə qarşı mübarizə meydanına çevriləcək”.

Elmar 

Gununsesi.info