Məhkəmə ABŞ bazası ilə bağlı qərarı qeyri-qanuni hesab edib

  • By admin
  • 18 Sentyabr 2016 00:36

fukoka

Fukuoka Ali Məhkəməsi Okinava prefekturasının qubernatoru Takeşi Onaqanın Futemmadakı ABŞ hərbi aviabazasının köçürülməsini qadağan edən qərarın qeyri-qanuni hesab olunması barədə sənəd qəbul edib.

Gununsesi.info-nun KİV-lərə istinadən məlumatına görə, beləliklə, məhkəmə hökumətin qaldırdığı iddianı təmin edib.

Xəbər verildiyi kimi, 2016-cı il yayın əvvəllərində T.Onaqa Futemmadakı ABŞ hərbi bazasının yerinin dəyişdirilməsini qadağan edən qərar qəbul edərək, onun Okinava ərazisindən çıxarılmasını tələb etmişdi. Hərbi bazanın həmin əraziyə yerləşdirilməsi yerli əhali üçün “ciddi yük” hesab edilir. Buna cavab olaraq, Yaponiya hökuməti bazanın həmin prefekturada saxlanması barədə Fukuoka Ali Məhkəməsinə müraciət edib və həmin iddia təmin olunub.

Əhalinin sıx şəkildə yaşadığı Ginovan şəhərindəki ABŞ hərbi bazasının yerinin dəyişdirilməsi məsələsi 2006-cı ildən müzakirə mövzusuna çevrilib. Yerli təşəbbüs qruplarının dəstəyinə əsaslanan prefekturanın hakimiyyət orqanları əvvəlcə onun ərazidən tamamilə çıxarılmasını tələb edirdilər. Lakin 2013-cü ildə prefekturanın rəhbərliyi bu hərbi obyektin adanın digər rayonuna köçürülməsinə razılıq verdi. Daha münasib Henokoya üstünlük verildi. Şinzo Abenin rəhbərlik etdiyi Yaponiya hökuməti bunu yeganə düzgün variant hesab edir.

ABŞ hökuməti də həmin mövqedədir. Bu planın yerli əhalinin əksəriyyətindən ibarət olan əleyhdarları isə onun prefektura ərazisindən tamamilə çıxarılmasını tələb edirlər. Bazanın yerinin dəyişdirilməsinə isə prefekturanın sabiq qubernatoru Hirokazu Nakaima razılıq vermişdi.

Gununsesi.info