Rusiyada parlament seçkiləri keçirilir

  • By admin
  • 18 Sentyabr 2016 13:21

vib

 

Sentyabrın 18-i Rusiyada vahid seçkilər günüdür.

Gununsesi.info AzərTac-a istinadən xəbər verir ki, ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının deputatlarını seçirlər.

Seçki günü seçici siyahılarında qeydə alınmış 111,6 milyon rusiyalının səs verəcəyi gözlənilir. Onların təxminən 1,87 milyonu xari ölkələrdədir. Səsvermə prosesi Rusiya ərazisində açılmış 95 mindən çox məntəqədə keçirilir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində 371 məntəqə yaradılıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, seçki məntəqələrində bütün təhlükəsizlik tədbirləri görülüb və onlar texniki avadanlıqla təmin edilib. Bundan əlavə, 15 regionda və 13 şəhərdə yaradılan məntəqələrdə videomüşahidə kameraları quraşdırılıb.

Xatırladaq ki, 2003-cü ildən sonra ilk dəfə olaraq, parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər partiya siyahısı, digər yarısı isə birmandatlı dairələr üzrə seçiləcək.

 

Gununsesi.info