Məhkəmə sədri arvadını güllələdi

  • By admin
  • 31 May 2021 09:47

Bakıda məhkəmə hakimi arvadını öldürüb.

Gununsesi.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə təxminən 3 saat öncə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Gununsesi.info