Məhkəmə zalında  qan su yerinə axdı - VİDEO

  • By admin
  • 18 Noyabr 2017 11:37
Xuliqanlıqda ittiham olunan 6 şəxs, məhkəmə prosesinin ədalətsizliyinə etriaz olaraq venalarını kəsiblər. Məhkəmə zalı qana bulanıb. Hakim məhkəmə prosesini dayandırmalı olub.
Gununsesi.info “interfax.ru”-ya  istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsində  xuliqanlıqda ittiham olunan 6 çeçenistanlı hakimin onlar barəsində həbs qətimkan tədbirinin uzatmasına etiraz olaraq venalarını  kəsib.
Bu barədə ittiham olunan şəxslətin vəkilllərindən biri Şamil Yandarbayev deyib ki,  noyabrın 17-də  ittiham olunan 6 şəxs lezva ilə birbaşa məhkəmə zalında kəsiblər: Onlar üçün təcilli tibbi yardım çağrılıb və onlara lazımi tibbi yardım göstərilib”.
Vəkil əlavə edib ki, xuliqanlıq üstündə ittiham olunan çeçenlər 2015-ci ildən etibarən şühəli qismində istintaq təcridxanasına saxlanılır: “Mən əminəm ki, artıq onların əsəbləri buna tab gətirməyib. Onlar çıxılmaz vəziyyətdən bu hərəkətə əl atıblar”.
Bu şəxslər 2015-ci ilin avqustunda  Moskvanın Lipetskiy küçəsindəki “Tanuki” restoranında  davaya görə saxlanılıblar. Restorandakı davaya görə 13 nəfər saxlanılıb.

 Gununsesi.info