XƏBƏR LENTİ

15 Dekabr 2017

18 Noyabr 2017 - 11:44

“Çelsi” “Qarabağ”a uduzsa, saqqalımı qırxacağam”- BAŞ MƏŞQÇİ

“Çelsi” komandasının baş məşqçisi Antonio Konte bu gün səfərdə “Vest Bromviç”lə keçirəcəkləri İngiltərə Premyer Liqasının XII tur matçından əvvəl mətbuat konfransına üzütüklü halda qatılıb. 

Gununsesi.info-nun məlumatına görə, bu görkəmi ilə italiyalı mütəxəssis jurnalistlərin təəccübünə səbəb olub.

Konte həyat yoldaşının istəyi ilə saqqal buraxdığını açıqlayıb: “Həyat yoldaşım dedi ki, sifətdə tük yetişdirməyi bir dəfə sınaqdan çıxar. Bunu ilk dəfədir edirəm. Qarşıdakı görüşə baxacağıq. Görək, mənə uğur qazandıracaq, yoxsa… Zahiri görkəmimi yalnız xanımım belə istədiyi üçün dəyişməyə çalışacağam”.

“İlk məğlubiyyətinizədək saqqal qalacaqmı?” sualına isə 48 yaşlı mütəxəssis ucadan gülərək cavab verib “Bəli. Ümidvaram ki, mövsümün sonlarında mənim böyük saqqalım olacaq”.

Qeyd edək ki, “Vest Bromviç” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Daha sonra “zadəganlar” noyabrın 22-də Çempionlar Liqasının V tur oyununda “Qarabağ”ın qonağı olacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.

Gununsesi.info