Messi vida oyunu üçün Argentinaya yollandı

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2026 20:31
Messi

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib.


Gununsesi.info  
xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir.

Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq.

Messi Argentina millisində 207 oyun keçirib və 125 qol, 68 məhsuldar ötürmə ilə yadda qalıb.

Ulduz futbolçu milli komanda ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə isə Finalissima çempionu olub.

Gununsesi.info