Ermənistanın Baş naziri Nikol Paşinyan deputat Edqar Kazaryana qarşı məhkəməyə müraciət edib.
Gununsesi.info xəbər verir ki, işə İrəvan Mülki Məhkəməsində baxılacaq.
Məhkəmə məlumatına əsasən, Paşinyan Kazaryandan 27 sentyabr 2026-cı ildə müsahibəsində səsləndirdiyi və Baş nazir tərəfindən böhtan kimi qiymətləndirilən fikirləri açıq şəkildə təkzib etməsini tələb edir.
Söhbət Kazaryanın Paşinyanla bağlı bu açıqlamasından gedir:
“Azərbaycanın irəliləməsi, müdafiə xəttinin yarılması və irəliləyiş yalnız 2020-ci il oktyabrın 6-dan sonra baş verdi. Həmin vaxt Nikol Paşinyan Stepanakertə (əslində Xankəndi-red.) getdi, orada komanda-qərargah məntəqəsində müşavirə keçirdi, geri qayıtdı və birbaşa qarşı tərəfə məlumat ötürməyə başladı”.
Nikol Paşinyan iəs deyib ki, bu məlumatlar tamamilə yalandır, həqiqətə uyğun deyil və Ermənistan Respublikasının Baş nazirinin nüfuzuna xələl gətirir.
İddia ərizəsində təkzibin canlı yayımda, videoyazı ilə yayımlanması tələb olunur.
Bundan əlavə, Paşinyan Edqar Kazaryandan 6 milyon dram məbləğində təzminatın onun xeyrinə tutulmasını istəyir.







