ABŞ Dövlət Departamenti ötən il və bu il ərzində 250 mindən çox vizanın ləğv edildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott “Fox News”a bildirib.
Piqott qeyd edib ki, bu addım “Amerika xalqını qorumaq üçün sarsılmaz öhdəliyi əks etdirən tarixi mərhələdir”.
Onun sözlərinə görə, ABŞ yoxlamalar vasitəsilə cinayət törədən, terrorizmi dəstəkləyən və ABŞ-ın immiqrasiya sistemindən sui-istifadə edən şəxsləri görünməmiş miqyasda müəyyənləşdirərək onların vizalarını ləğv edir.
Tənqidçilər isə bu siyasətin Latın Amerikası və digər ölkələr üzərində nəzarətin artırılmasına xidmət etdiyini bildirirlər.
Müqayisə üçün qeyd edək ki, Co Bayden administrasiyası dövründə ildə təxminən 40 min vizanın ləğv edildiyi bildirilirdi.









