Məhkəmədəki bu sözlər “ilin ən güclü sitatı” elan edildi… - FOTO

  • By admin
  • 25 Dekabr 2020 12:22
2020-ci ilin ən güclü ifadəsinə görə mükafat Yeni Zelandiyanın Massey Universiteti tərəfindən atası Kraytsçerç məscidindəki terror hücumunda həlak olmuş gənc bir müsəlman qadına verilib.
Bu barədə Gununsesi.org Moderator.az-a istinadla xəbər verir.
Saranın atası Kasem Abdel-Fattah 2019-cu ilin martında ən-Nur məscidində bir terrorçu tərəfindən öldürülənlər arasında olub. Bu il  Sara terrorçu Brenton Tarrantın məhkəməsində çıxış edərkən göz yaşlarına boğulub. Müsəlman qız bir duyğusallıq içərisində qatilə deyib: “Qoy bilinsin ki, bu göz yaşları sənə görə deyil”.
Müsəlman qadın sitatının prestijli bir müsabiqədə qalib gəlməsinə təəccüblənib və insanlara dəstəklərinə görə təşəkkür edib.
“Məhkəmədəki bu açıqlama indiyə qədər etdiyim ən çətin şeylərdən biri idi” -deyə Sara bildirib.