Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi – Yaşlı qadının…

  • By admin
  • 25 Dekabr 2020 12:31

Nəsimi rayon Məhkəməsində sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Gununsesi.org xəbər verir ki, APA-nın məlumatına görə, hakim Solmaz Musatafayevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və D. Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov tutularaq istintaqa təhvil verilmişdi.

Açıqlanan məlumata görə, Daşqın Nəsirov  Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.

Bildirək ki, Xanlarovanın bacısı oğlu bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.

D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov,  Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.

Gununsesi.org