Məktəblərdə summativ qiymətləndirmə necə aparılacaq? - AÇIQLAMA

  • By admin
  • 07 Sentyabr 2021 16:19

Məktəbdaxili kiçik və summativ qiymətləndirmə əvvəlki illərdəki kimi aparılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, bununla bağlı yaxın vaxtlarda müəllimlərə təlimatlar göndəriləcək.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Gununsesi.info