Məktəbli qız idman dərsində həlak oldu - VİDEO

  • Müəllif: admin
  • 26 Dekabr 2017 13:25

Rusiyanın paytaxtı Moskvanın Kuzm inka rayonundakı orta məktəblərdən birində faciə yaşanıb.

Gununsesi.info mash-a istinadən bildirir ki, 16 yaşlı məktəbli qız idman dərsində qəflətən huşunu itirərək yerə yıxılıb. Müəllim dərhal təcili yardım çağırıb. Lakin məktəbli qız həkimlər gələnədək keçinib.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir.

Gununsesi.info