
Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 45,0 mln. manat həcmində subsidiya ayrəlacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda öz əksini tapıb.
Qeyd edək ki, parlamentdə müzakirə olunan büdcə layihəsində bu subsidiyanın məbləği ilkin olaraq 89 mln. manat qeyd olunmuşdur.
Bildirək ki, 2017-ci ilin dövlət büdcəsində “Bakı Metropoliteni” QSC-yə verilən subsidiya 30,0 mln. manat təşkil edib. Bu da 2018-ci ildə Cəmiyyətə ayrılan yardımın 50% artmasını göstərir.
Bundan başqa, 2018-ci ilin dövlət büdcəsində “Azərbaycan Hava Yolları” QSC-yə 10,0 mln. manat subsidiya verilməsi nəzərdə tutulub. Həmçinin, Bakı Nəqliyyat Agentliyinə 48,1 mln. manat, Dövlət Dəniz Adminstrasiyasına 4,472 mln. manatın ayrılması planlaşdırılır.
Gununsesi.info











