Məktəbli qızın intihar səbəbi bəlli oldu

  • By admin
  • 09 İyun 2016 12:53

Intiharrrrr

Şagirdin ölümünə anası səbəb olub 14 yaşlı qızın intiharına səbəb doğma anası olub. Pirallahı rayonunun Gürgən qəsəbəsində intihar edən 14 yaşlı Səbinə Əhmədli Yavər Əliyev adına 235№-li tam orta məktəbdə təhsil alırmış. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, şagirdin anası onun telefonunu yoxlayarkən kiminləsə yazışdığını görüb, onu danlayıb. İyunun 8-də dərsdən evə qayıdan Səbinəni anası guya cəzalandırmaq məqsədiylə qapı arxasında saxlayıb, evə buraxmayıb. Ananın əsəbi vəziyyətdə etdiyi hərəkətlərin nəticəsi olaraq, psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünə qəsd edib. Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Gülnaz Qənbərli