Bu marşrut xətləri ləğv edildi

  • By admin
  • 09 İyun 2016 13:00

 

Marshrut

16, 18 və 96 saylı marşrutlar xətdən çıxarılıb. Bu haqda Gununsesi.info-ya məlumat Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindın verilib. Məlumatda bildirilir ki, iyunun 8-də aparılan optimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar Bakı Nəqliyyat Agentliyində şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı qanunvericilikdən irəli gələn və Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb. Belə ki, müvafiq sərəncama uyğun olaraq, iyunun 9-da 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğu üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən xətdən çıxarılıb.

 Gülnaz Qənbərli