Balakəndə azyaşlı uşağı avtomobil vuraraq öldürüb - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 09 İyun 2016 13:08

Balaken

 

Balakəndə 6 yaşlı uşağı avtomobil vurub. Gununsesi.info xəbər verir ki, avtomobilin təkəri  altında qalan 6 yaşlı uşaq dünyasını dəiyşib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.Balakən rayon Talalar kənd sakini Loğman Məmmədov atası ilə birlikdə idarə etdiyi Mercedes markalı  avtomobili   ilə birlikdə gedərkən  yolda  6 yaşlı Sadiq Şirbidovu vurub.Uşağı Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da,artıq o xəstəxanaya çatdırılan zamandünyasını dəyişib .Xəstəxanadan verilən məlumata görə avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info

 

Balakendf

 

Balakenb

 

Balakenf

 

Balakennnn

 

Balakenn