
Türkiyənin qərbindəki Dənizli vilayətində məktəbliləri aparan avtobus aşıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 23 məktəbli müxtəlif dərəcəli bədən xəsarətlər alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normal olaraq qiymətləndirilir.
Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. İnsidentlə bağlı polis araşdırmaya başlayıb.
Gununsesi.info












