Tarkan Azərbaycandan gələn təklifi RƏDD ETDİ

  • Müəllif: admin
  • 05 Dekabr 2017 14:00

“10” albomu ilə yay mövsümünə damğa vuran Tarkanın Yeni il günü səhnəyə çıxacağı ölkənin adı məlum olub.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, pop ulduz Azərbaycandan gələn təklifi rədd edərək Kiprdə konsert verəcək. Müğənni təzə ilin ilk saatlarına kimi oxuyacağı musiqili gecədən 300 min avro ( 1, 3 milyon TL) pul qazanacaq.

Qeyd edək ki, bir müddət əvvəl Tarkana Azərbaycan təklif gəldiyini, onun Yeni il günü Bakıda konsert verməsi üçün 1, 5 milyon dollar pul veriləcəyini qeyd etmişdilər.

Gununsesi.info