Gürcüstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Gununsesi.info İMEDİ telekanalına istinadən xəbər verir ki, hadisə Kaxeti rayonunda Qombori aşırımında qeydə alınıb.
Nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində ikisi uşaq olmaqla, 4 nəfər ölüb, xeyli sayda yaralı var.
Məktəblilər Kaxeti bölgəsinə ekskursiyaya gedirlərmiş.
Faktla bağlı cinayət işi açılıb.











