Məktəblini maşınla vuran divizion komandiri imiş

  • By admin
  • 12 Oktyabr 2022 11:09

Ötən gün Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs divizion komandiri imiş.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, B.Məmmədov həmin rayonda N saylı hərbi hissədə divizion komandiridir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info