Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığı təəccüb doğurur"

  • By admin
  • 16 Fevral 2018 19:28


“Sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında cəmi 1537 nəfər iştirak edəcək”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, bu rəqəm gözləniləndən dəfələrlə aşağıdır: “Biz xeyli müraciətin olacağını gözləyirdik. Lakin cəmi 1537 müraciət almışıq. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur”.

 

Gununsesi.info