Qışın ən sərt keçdiyi bölgələr – DÜNYANIN ƏN SOYUQ YERLƏRİ

  • By admin
  • 16 Fevral 2018 19:36

Dünyanın elə yerləri var ki, Günəş ordan keçib. Qarın, yağışın ara vermədiyi, qış mövsümünün ən uzun və sərt keçdiyi bu yerlər dünyanın ən soyuq bölgələri kimi tanınır.

Gununsesi.info dünyanın ən soyuq ərazilərini təqdim edir.

Qrenlandiya

“Qarlar ölkəsi” kimi tanınan Qrenlandiyada qışda temperatur -70, yayda isə -7 dərəcə olur. 81 faiz ərazisi 3 kilometrlik buzlarla örtülmüş bu ölkədə yaşamaq olduqca çətindir. Sakinlər isə bu vəziyyətdən heç də şikayət etmirlər.

 

Vostok, Antarktika

Dünyanın ən soyuq yerlərindən biri də Antarktikanın Vostok şəhəridir. Küləyin şiddətli olması, suyun, qidanın olmaması səbəbindən burada yaşayış yoxdur. Günəş işığının, demək olar ki, heç dəyməydiyi ərazidə temperatur -100 dərəcədən artıq olur.

 

Laponiya, Finlandiya

Finlandiyanın şimalında yerləşən Laponiya ölkənin ən geniş bölgəsidir. Turistlərin sevimli səyahət nöqtələrindən biri olan Laponiyada dekabr ayından aprelə qədər soyuqlar -40 dərəcədən çox olur, yay aylarına doğru nisbətən istiləşir.

 

Moskva, Rusiya

Rusiyanın paytaxtı Moskvada qış günləri çox uzun və soyuq keçir. Yanvar ayında havanın temperaturu -30 dərəcədən artıq olur. Lakin şəhər sakinləri artıq buna tam öyrəşib, hətta qış mövsümündə təşkil edilən festivallardan böyük zövq alırlar.

 

Montana, ABŞ

Ümumiyyətlə, ABŞ-da qış sərt keçir. Lakin Montana qışın ən soyuq keçdiyi şəhərlərdən biridir. Burada temperatur -57 dərəcəyə qədər azalır.

Gununsesi.info