Məmmədyarov Çavuşoğlu ilə görüşdü

  • Müəllif: admin
  • 30 Noyabr 2017 09:48

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş olub.

Gununsesi.info-nun məlumatına görə, görüş Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli görüşü çərçivəsində keçirilib.

Daha sonra hər 3 xarici işlər nazirlərinin görüşü olacaq.

Sonda nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Pakistan və Türkiyə xarici işlər nazirləri sabah Bakıda keçiriləcək “Asiyanın ürəyi-İstanbul prosesi” ölkələri xarici işlər nazirlərinin toplantısında da iştirak edəcəklər.

Gununsesi.info