Gununsesi.info xəbər verir ki, 39 yaşlı ifaçı sosial şəbəkədə doğum günü təəssüratlarını bölüşüb. O, yaxşılıq etdiyi dostlarından həmişə pislik gördüyünü dilə gətirib:

“Bu gün 39 yaşım tamam olur. Bu illərin əksəriyyətini özümdən çox başqalarına həsr etdim. Əvəzində isə nankorluq və özümə qarşı pisliklər gördüm. Həyatlarını qurtardığım, həyatlarını həyata çevirdiklərim bir az güc yığan kimi mənə cırmaq atmaq istədilər və ya atdılar da. Mən kimsəyə düşmənçilik etmədim. Yalandan üzümə gülənləri, açıq şəkildə düşmən olanları ağlımda, qəlbimdə tanıdım. Amma heç bir addım atmadım, onları zamana buraxdım. Məni hər bir çətinlikdən Allahım qorudu, yaşatdı. Kişi xarakterimi qoruyaraq kiməsə cavab vermədim, əlimdə güc ola-ola zərbə vurmadım. Şükür ki, ara-sıra olsa da, özüm üçün yaşamağa cəhd göstərirəm. Bu gün ətrafımda gözəl, sədaqətli və mərd dostlar var. Məni sevməkdə tükənməyən tamaşaçılarım, dinləyicilərim var. Bu, nəyin bahasına olursa-olsun, şəxsiyyətimə, mənəviyyatıma, sənətimə verdiyim dəyərə görə Allahın mənə hədiyyəsidir. Sizinlə çox xoşbəxtəm”.

Gununsesi.info