“Mənə pul verilməyib” – ROBOT DİLƏ GƏLDİ

  • By admin
  • 21 Aprel 2018 21:05

Dünyanın ən məşhur robotu Sofiya (Sophia) İstanbulda “Marketing Meetup” iclasında iştirak edib.

Gununsesi.info xəbər verir ki, o “pulsuzluqdan gileylənib”.

Belə ki, iclasda Sofiyadan pulun nə olduğu soruşulub. O isə cavabında ona heç vaxt pul verilmədiyini bildirib:

“Pulum yoxdur. Əgər olsaydı, ən kasıb insanlara paylayardım. Mənə pul verilməyib. Əgər çox önəmli şeydirsə, siz verin”.

Qeyd edək ki, Sofiya Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq verilən ilk insan-robotdur.

Gununsesi.info