Nuh Peyğəmbərin Qafqazdakı nəvələri – ONLAR AZƏRBAYCANDA YAŞAYIRLAR

  • Müəllif: admin
  • 21 Aprel 2018 21:16

Qubanın Xınalıq kəndi… Böyük Qafqaz dağlarının ən yüksək nöqtəsində yerləşən bu kəndin sakinləri sanki dünyadan təcrid olunub. Onlar əsrlərdir ki, öz dillərini və adət-ənənələrini qoruyub saxlamış və qarşılaşdıqları çətinliklərə rəğmən ayaqda durmağı bacarmışlar.

BBC Travel-in məşhur yazarı Daniel Moritz-Rabson ölkəmizin maraqlı bölgələrindən biri olan Xınalığa səyahət edib və kəndlə bağlı maraqlı detalları qələmə alıb. Bu səfərdə onu məşhur fotoqraf Aleksandr Rupeta müşayiət edib.

Gununsesi.info məşhur yazarın Xınalıq kəndi və onun tarixi ilə bağlı hazırladığı maraqlı məlumatı təqdim edir:

Faktlara əsasən bölgənin tarixi 2, xalqın tarixi isə 5 min il əvvələ – Albaniya dövlətinin dövrünə dayanır.

Bəzi mənbələrdə burada yaşayan insanların özlərini “Nuh Peyğəmbərin nəvələri” hesab etdiyi qeyd olunub. Ölkəmizin şimal-şərqində yerləşən Xınalıq kəndinin sakinləri əsrlərdən bugünümüzə qədər gəlib çıxan zəngin adət-ənənəyə malikdir. Özlərini azəri hesab etməyən xalqın danışdığı xınalıq dili UNESCO tərəfindən yox olmaqda olan dillər kateqoriyasına aid edilib. Burada orta məktəblərdə Azərbaycan və ingilis dilləri ilə yanaşı, Xınalıq dili də tədris edilir.

Burada xalqın yaşayışını müşahidə edən fotoqraf Rupeta çay içməyin xüsusi mərasim kimi təşkil edildiyini, çayın Xınalıq mədəniyyətinin ayrılmaz hissəsi olduğunu yazır. Onun sözlərinə görə, ərazidəki 2 əsr əvvələ məxsus evlər güclü zəlzələlərə rəğmən heç bir dağıntıya məruz qalmayıb.

Quba ilə Xınalıq arasında 2006-cı ildə yol açılması nəticəsində kəndin əlaqələri qismən genişlənib və qapılar turistlərin üzünə açılıb. Lakin bu yolu getmək hələ də olduqca çətindir.

Gununsesi.info