Paytaxtsız dövlət, 848 dildə danışan millət - TANINAN ÖLKƏLƏRİN TANINMAYAN TƏRƏFLƏRİ

  • By admin
  • 21 Aprel 2018 21:26

Dünyada cırtdan dövlətlər də daxil olmaqla toplam 206 ölkə var. Onların hər biri özünəməxsus fərqli cəhəti ilə diqqət çəkir.

Gununsesi.info çoxluq tərəfindən tanınan ölkələrin tanınmayan tərəflərini oxucularına təqdim edir:

1.Yeni Zelandiyada bir dənə də olsun ilan yoxdur. Hətta zooparklarda belə ilan sərgilənmir.

2.Niue adlı ada ölkəsində pul əskinaslarının üzərində Pokemon, Donald Duck kimi cizgi film qəhrəmanlarının təsvirləri əks olunub. Ölkənin ikinci maraqlı xüsusiyyəti ondan ibarətdir ki, bütün bölgələrdə internet ideal səviyyədə, ən əsası isə ödənişsizdir.

3.Digər ada ölkəsi olan Nauruda əhalinin 95 faizi şişmandır. Nauru, həmçinin paytaxtı olmayan yeganə dövlətdir.

4.Dünyada bayrağı dördkünc şəkildə olmayan yeganə ölkə Nepaldır. Orada bayraq üçbucaqlı formasındadır.

5.Papua Yeni Qvineyaya səyahət etsəniz, çaşıb qalacaqsınız. 7 milyon əhalisi olan bu ölkədə 848 fərqli dildən istifadə olunur.

6.Kosta-Rikanın 1948-ci ildən bəri silahlı qüvvələri, yəni ordusu yoxdur.

7.2,1 mln. kvadrat km sahəsi olan Səudiyyə Ərəbistanında bir dənə də olsun gölə rast gəlmək mümkün deyil.

8.Dünyadakı futbol toplarının 80 faizi Pakistanda istehsal olunur.

9.Avstraliyada 10685 fərqli çimərlik var. Hər gün birində istirahət etmək istəsəniz, ömrünüzün 30 ilini buna sərf etməlisiniz.

10.İngiltərənin müstəmləkəsi olan Folkland adalarında 3 min insan və 500 min qoyun var.

Gununsesi.info