Mən istəmirəm ailəm efirdə görünsün - “BACANAQLAR” SERİALININ QİSMƏTİ

  • By admin
  • 26 Dekabr 2017 18:15

“Bacanaqlar” serialının Qisməti – aktyor Elnur Hüseynov “ATV kulis” verilişinin qonağı olub.

Gununsesi.info xəbər verir ki, aktyor heç vaxt dramatik obrazda çəkilmək istəmədiyini deyib:

“Mənim işim güldürməkdir, ağlatmaq istəmirəm. Ağladanlar ağlatsınlar. Ssenari yazanda evimizdəki uşaqlarımızı da nəzərə alırıq. Deyirik, buna ailəmiz, övladlarımız baxacaq. Onlara mənfi təsir göstərməsin. İki övladım var. Onları azad böyütməyə çalışıram. Mənim üçün əsas onların təhsilidir”.

Elnur ailəsini efirdən uzaq tutmasının səbəbini açıqlayıb: “Kimsə ailəsini, uşaqlarını efirdə göstərmək istəyirsə, onu qınamıram. Normal bir işdir. Mən şəxsən istəmirəm ailəm efirdə görünsün. Onlara pis təsir edər. Nə vaxt istəyərlər, onda edərlər. Mənə görə onların məşhur olmasını istəmirəm. Uşaqlar sərbəst həyatlarını yaşasınlar. Tanınmaq həyata təsir edir. Harasa çıxanda rahat olmursan”.

Gununsesi.info