“Mən onlardan pul almamışam”

Tanınmış tamada Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsin məhkəməsində səsləndirildiyi bildirilən bəzi fikirlərə reaksiya verib.

“Qafqazinfo” ilə əlaqə saxlayan tamada bildirib ki, hadisədən sonra təqsirləndirilən tərəf ona hər hansı məbləğdə pul ödəməyib və təklif olunan pulu da qəbul etməyib:

“Mən davanı sakitləşdirmək üçün yaxınlaşdım. Mənə 2 yox, 3-4 bıçaq zərbəsi vurulub. Reanimasiyadan çıxandan sonra onları bağışladım. Sonradan mənim haqqımda əsassız xəbərlər yazıldı. Hansı ki, guya mən onlardan 9 min pul almışam. Mən onlardan pul almamışam. Barışıq olandan sonra gedib Ağır Cinayətlər Məhkəməsində ifadə vermişəm. Prokuror, hakim qarşısında çıxış etmişəm”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar tarixli hökmü ilə N.Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynova 3 il müddətinə həbs cəzası verilib.

Məhkəmədə N.Dağlaroğlu qarşı tərəfi bağışladığını bildirib.

Gununsesi.info