Mən özüm özümün ustasıyam – Putin

  • By admin
  • 14 İyun 2017 22:49

putin1

 

Mən özüm özümün ustasıyam.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində bildirib.

Stounun “The Putin Interviews (Putin Müsahibələri) filminin dünən yayımlanan ikinci hissəsində Putin daha əvvəl idman müəllimi olduğunu, ancaq artıq buna ehtiyac duymadığını bildirib: “Özümü özümün ustası kimi görürəm. İdman müəllimi yarışlara hazırlaşan insanlar üçün lazımdır. Mənsə formada qalmaq üçün idman edirəm. 13-14 yaşımdan bəri bununla məşğulam. Heç vaxt fasilə vermədim”.

 

Gununsesi.info