Müsəlmanlar Londonda onlarla insanı xilas etdi – Yanğın

  • By admin
  • 14 İyun 2017 22:36

london_111016

 

İmsak (obaşdanlıq) üçün oyanan müsəlmanlar Londondakı yanğından onlarla insanı xilas edib.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, Londonda altı nəfərin öldüyü yanğından hamıdan əvvəl imsak üçün oyaq olan müsəlmanların xəbər tutması onlarla insanı ölümdən xilas edib. 24 mərtəbəli və 120 mənzilli, yüzlərlə insanın yaşadığı binada baş verən yanğın gecə saatlarında başladığından sakinlər yuxuda olub. Müsəlman qonşuları tərəfindən oyadılan bina sakinləri çox itki vermədən xilas ola biliblər.

Şahidlərdən biri danışarkən bunları bildirib:

“İnsanların binadan çıxarılmasında müsəlmanlar əsas rol oynadı. Gördüyüm insanların böyük hissəsi müsəlman idi. Hətta yemək və paltar da gətirirdilər”.

 

Gununsesi.info