Şəbnəm Tovuzlunu Akif Çovdarovla hədələtdirən sevgilisi danışdı - 150 min pulumu aldılar

  • By admin
  • 14 İyun 2016 12:12

akif chovdarov

 

Müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması məsələsində adı hallanan iş adamı Famil Xəlilov musavat.com saytına müsahibə verib.

Gununsesi.info xəbər verir ki, biznesmen həbsdə olan MTN generalı Akif Çovdarovla ortaq olduğu, Ş.Tovuzlunun məcburi şəkildə MTN-ə aparıldığı barədə iddialara münasibət bildirib.

“Evrostroy-S” şirkətinin sahiblərindən biri olan Famil Xəlilov müsahibəsində Ş.Tovuzlu barədə suallara cavab vermək istəməyib: “Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın”.

Biznesmen Akif Çovdarovla şərik olması barədə deyilənlərə də münasibət bildirib. O deyib ki, Akif Çovdarovun “heç sifətini tanımır”.

İş adamı MTN-ə aparılması barədə də danışıb. O bildirib ki, keçmiş şəriki R.Q.-dan MTN-ə şikayət edilibmiş, o da bu vasitə ilə MTN-ə gedib: “Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar”.

Biznesmenin sözlərinə görə, MTN-də pulun kimə verildiyini bilmir, çünki pulu o yox, ortağı verib. Məhz bu səbəbdən də generalların həbsindən sonra onlardan şiklayət etməyib”.