“Məni heç bir teatrda işə götürmürlər, onlara lazım deyiləm” - “TOPPUŞ BACI”

  • Müəllif: admin
  • 16 Noyabr 2017 15:00

Əməkdar artist Tünzalə Əliyeva işsizlikdən gileylənib.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, “Toppuş bacı” ləqəbli aktrisa teatrlarda iş tapa bilmədiyini deyib.

“Səhər-səhər” proqramının qonağı olan T.Əliyeva bildirib ki, ona uyğun tamaşa yoxdur: “Aktyor mütləq teatrda çalışmalıdır. Çox istəyərdim ki, teatrda işləyim. Amma mənə uyğun rol tapılmır. Məni heç bir teatrda işə götürmürlər, onlara lazım deyiləm. Bir neçə teatra müraciət etdim. Cavab verdilər ki, “Get gözlə, hələ tamaşa yoxdur. Sənə uyğun obraz olanda çağırarıq”. Hələ xəbər etməyiblər”.

T.Əliyeva İrəvan Dövlət Azərbaycan Dram Teatrından öz ərizəsi ilə çıxdığını deyib: “İşlərim çox idi. Məşqlərə çatmırdım. Aktyorlar saatlarla məni gözləyirdilər. Məsuliyyətsizliyi sevmirəm. Ona görə də öz ərizəmlə getdim. Həmin gündən o teatrın qapısından içəri girmirəm”.

Gununsesi.info