” Mənim həyatım şəkər olmayıb” -PREZİDENT

  • Müəllif: admin
  • 02 Mart 2018 18:16
“Mən öz həyatımı kiminləsə müzakirə etmək və ya onun barəsində məlumat vermək istəmirəm. İnanın mənə sadəcə onu deyə bilərəm ki, həyatım heç də şirin olmayıb”.
 Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
O bu fikri, Ukraynanın ağır durumunda istirahətini Maldiv adalarında keçiriməsi ilə bağlı verilən sualı cavablandırarkən deyib.
Prezident bildirib ki, Maldiv  adalarında istirahəti zamanı bir qəpik də olsun dövlət büdcəsindən istifadə etməyib. “Bu ötən dövrdə həyatım elə də şirin olmayıb.  Mən son 4 ildə sutkanın 24 saatını dincəlmədən işləmişəm. Hətta Maldivdə də olarkən prezident və Ali Baş komandan  vəzifəmi icra etmişəm”- deyə, o bildirib.
 Poroşenko əlavə edib ki, Maldivdə istirahəti zamanı qazanc əldə etdiyini də dilə gətirib: “Mən orada istirahət edən zaman yaxşı gəlir əldə etmişəm və bunu da gəlir deklarasiyamda göstərmişəm. Odur ki,  Maldivdəki istirahətim zamanı dövlət büdcəsində bir qəpik belə işlətmədim”.
Pyotr Poroşenko onu da bildirib ki,   prezident seçilərkən mənim varidatım indikindən daha çox idi.
Gununsesi.info