Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları artırılıb

  • Müəllif: admin
  • 03 Mart 2018 18:23


Azərbaycan Prezidenti İlham Əliyev Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən Dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Gununsesi.info