Mənzildə 85 yaşlı qadının meyiti tapıldı

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 10:36

fhn-3

Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb  və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın meyitini aidiyyati üzrə təhvil veriblər.  Əməliyyat saat 00:40-da başa çatıb.

Gununsesi.info