Moldovada keçirilən prezident seçkilərində Rusiyapərsət namizəd öndədir - FOTOLAR

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 10:45
dodon-10
Moldovada keçirilən prezident seçkilərində Rusiyapərsət namizəd öndədir.
Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK)  oktyabrın 30-da bu ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Gununsesi.info “Sputnik-Moldova”-ya istinadən xəbər verir ki, Moldova MSK-nın məlumatına görə, seçkilərin ilkin nəticələrinə əsasən Sosialist Patriyasının  rəhbəri İqor Dodon  liderlik edir.
Buna baxmayaraq, İ.Dodon birinci turda  qalib gəlmək üçün lazımi səsi toplaya bilməyib və  noyabrın 13-də Moldovada ikinci tur  seçkilər keçiriləcək.
MSK-nın elan etdiyi nəticələrə əsasən İqor Dodon  sesçilərin səsinin 48,26 faizini toplayıb. Onun əsas rəqibi qərbpərəst Həmrəylik və Hərəkat Partiyasının lideri Mayya Sandudur ki, o,  səsələrin 38,42 fazini toplamaqla ikinci yerədədir.
Seçkilərdə iştirak edən digər namizədlər –  “Bizim partiya”-nın namizədi, jurnalist  Dmitriy Çubaşenko səslərin 6 faiznini, Avropa Xalq Partiyasının lideri, sabiq baş nazir Yuriy Lyanke isə sesçicilərin 3,12 faiz səsəini toplaya bilib. Qalan namizədlər isə sesçicilərin cəmi iki faiz səsini toplaya bilib.
Qeyd edək ki, seçkilərin əsas favoriti hesab edilən İqor  Dodon Moldova ilə Rusiya arasında münasibətlərin inteqrasiya olunmasının tərəfdarıdır.
sandu
Gununsesi.info