“Kimsə Ərdoğanı devirə bilməz” -Vladimir Jirinovski

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 10:58

jir-1

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı bundan sonra  kimsə devirməyə cəsarət edə bilməyəcək”.

Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Rusiyanın dövlət kanalı “Rossiya1” kanalında yayımlanan “Bazar axşamı” (“Voskresenniy Veçer”) verilişində çıxışı zamanı deyib.

“Bizim Türkiyə ilə bağlı beynəlxalq siyasi proseslərə müdaxilə etməyimiz lazımdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyimiz lazımdır. Rəcəb Tayyib Ərdoğanı bizim adamımızdır, onu devirməyə kimsə cəhd edə bilməz”- deyə, V. Jirinovski sözlərinə əlav edib.

Daha sonra “Cənubi sərhədləri Ərdoğana əmanət edək. Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizimlə olacaq”– deyən V.Jirinovski bəzi ekspertlərin Türkiyə əleyhinə söylənildikləri iddialara  qarşı da  çıxıb.
Anar

Gununsesi.info