“Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır” - VÜQAR BAYRAMOV

  • By admin
  • 07 Dekabr 2017 14:40

Azərbaycan Mərkəzi Bankı uçot dərəcələrini aşağı salmalıdır.

Gununsesi.info xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov belə düşünür.

Onun sözlərinə görə, Mərkəzi Bank bir rəqəmli inflyasiya hədəfləsə də uçot dərəcəsini 15 faiz olaraq saxlamaqdadır.

Ekspert müqayisə üçün qeyd edir ki, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. “Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot dərəcəsi bizdən 1 faiz çoxdur. Digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli infilyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək faiz dərəcəsinə üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslind, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir”-deyə V.Bayramov vurğulayır.

Vüsalə

Gununsesi.info