Mərkəzi Bankın sədrindən əhalini qıcıqlandıran açıqlama -“Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə xeyri çoxdur”

Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyri çox olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Bununla belə, Taleh Kazımov qeyd edib ki, bunun dəqiq statistikası onlarda yoxdur: “Amma bununla bağlı təhlil aparmaq qərarına gəldik”.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə deyib ki, ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.

 

 

Gununsesi.info